Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar

İrlandiyada pensiyasını çıxarmaq üçün ölmüş kişinin cəsədini poçt şöbəsinə aparılması ilə bağlı araşdırma başladılıb.

Bizimyol.info "İrish Times"ə istinadən xəbər verir ki, hadisə ölkənin Karlou bölgəsində baş verib. Belə ki, iki nəfər təqaüdçünün cəsədini poçt şöbəsinnin binasına apararaq onun pensiyasını almaq istəyiblər.

Poçt işçiləri təqaüdçünün vəziyyəti ilə maraqlandıqda meyiti gətirənlər binadan çıxaraq qaçıblar.

İrlandiya polisi bildirib ki, qocanın məlum olunmayan ölümünün səbəbi araşdırılır.

Polis sözçüsü, araşdırmanın nəticələrinin meyitin yarılaraq müayinə olunmasından sonra bəlli olacağını vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »