Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Berlin: Almaniya Ukraynaya səyyar xəstəxana verəcək
Berlin: Almaniya Ukraynaya səyyar xəstəxana verəcək

Almaniya Ukrayna ordusuna hazırlanacaq səyyar səhra xəstəxanası üçün 5,3 milyon avro ayırıb.

Bizimyol.info xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Kristin Lambrext "Welt am Sonntag" qəzetində dərc olunan müsahibəsində deyib.

"Ukraynaya dəstək vermək istəyini başa düşürəm, biz bunu edirik. Fevralda Almaniyanın 5,3 milyon avro ayırdığı səhra xəstəxanası təhvil veriləcək. Yardıma xəstəxananın tikintisi və istifadəsi ilə bağlı təlimlər də daxildir. Ağciyərin süni ventilyasiya aparatlarını da quraşdırmışıq, xəstəxanalarımız yaralı əsgərlərin müalicə edilməsi üçün nəzdə tutulub. Bu o deməkdir ki, biz Kiyevin tərəfindəyik", - deyə nazir bildirib.

"İndi gərginliyi azaltmaq üçün mümkün olan hər şeyi etməliyik. Silah tədarükü hazırda faydasızdır - bu, federal hökumətin konsensusudur", - Lambrecht əlavə edib.

Almaniya Ukrayna tərəfinin tələblərinin əksinə olaraq, Kiyevə öldürücü silah satmayacağını dəfələrlə bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, NATO ölkələri tərəfindən Ukrayna ərazisinə silah və hərbi texnika tədarükü Kiyevi Ukraynanın cənub-şərqindəki münaqişəni güc yolu ilə həll etməyə sövq edə bilər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »