Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dənizə təxminən 6000 barel neft axıb
Dənizə təxminən 6000 barel neft axıb

İspaniyanın "Repsol" enerji şirkəti, Perunun paytaxtı Lima yaxınlığındakı sahildə böyük neft sızıntısının aradan qaldırılması əməliyyatının fevralın sonuna qədər davam edəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, hökumət "fəlakət" elan etdiyi ekoloji insidentlə bağlı açıqlama verib.

Hökumətin bildirdiyinə görə, Repsol keçən həftə "La Pampilla" neft emalı zavodunun yaxınlığında okeana təxminən 6000 barel neft axıb və şirkət bunu Tonqada vulkan püskürməsinin nəticəsində yaranan qeyri-adi dalğaların təsiri nəticəsində baş verdiyini bildirib. Ölü suitilər, balıqlar və quşlar neftlə örtülmüş sahilə çıxıb. Ərazidə balıqçılıq fəaliyyəti dayandırılıb. "Repsol" cümə günü bildirib ki, nefti təmizləməyə kömək etmək üçün balıqçılar da cəlb edib.

Balıqçı Valter de la Kruz deyir: “Əvvəllər xərçəngkimilər tuturduq, amma indi onlar ölü olaraq sahilə çıxırlar. Balıqçıların gəlir mənbəyi olan dənizdən indi ölüm iyi gəlir”.

Sakit Okean dəniz məhsullarının tədarükü baxımından peruluların həyatında xüsusi əhəmiyyətə malikdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »