Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb

ABŞ-ın Mayami şəhərindən İngiltərənin paytaxtı Londona getməli olan təyyarə sərnişinlərdən birinin maska ​​taxmaqdan imtina etməsindən sonra Floridaya qayıdıb.

Bizimyol.info xəbər verir ki, mətbuatın verdiyi məlumatı Aviaşirkət təsdiqləyib.

"American Airlines"ın 38 saylı reysi zamanı bir sərnişin maska ​​taxmaqdan imtina etdikdə gərginlik yaranıb. Bütün təkidlərə baxmayaraq, maska ​​taxmaq istəməyən qadın sərnişinə görə pilot havaya qalxdıqdan 1,5 saat sonra Atlantik okeanı üzərində olarkən geri qayıtmağa qərar verib.

Göyərtəsində 129 sərnişinin olduğu təyyarə Mayamiyə qayıdıb və burada onu polis  qarşılayıb. Məlumata görə, onlar 40 yaşlarında olan qadını təyyarədən enmək üçün müşayiət ediblər. Aviaşirkət qadının American Airlines ilə uçuşu qadağan edilənlər siyahısına salındığını bildirib.

Aviaşirkətdən Boeing 777 təyyarəsinin "federal maska ​​tələbinə əməl etməməkdə israr edən müştəri" səbəbindən Mayami Beynəlxalq Hava Limanına (MİA) qayıtdığı bildirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »