Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Rusiya müəssisə və vətəndaşlarına qarşı sanksiyalar imzalayıb
Zelenski Rusiya müəssisə və vətəndaşlarına qarşı sanksiyalar imzalayıb

Prezident Vladimir Zelenski Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı bir sıra fərmanlar imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezident Administrasiyasının saytında məlumat verilib.

Bu sanksiyaların tətbiqi barədə qərar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 2021-ci il dekabrın 30-da keçirilən iclasında qəbul edilib.

Sanksiya siyahısına Rusiyanın 23 müəssisəsi daxildir. Rusiya işğalı altında olan Sevastopolda opera və balet teatrı üçün layihə hazırlayan Avstriya memarlıq bürosunun "Coop Himmelb"a qarşı da sanksiyalar tətbiq edilib.

Bundan əlavə, prezident "Turboatom" dövlət müəssisəsinin səhmlərinin 5,6%-nə sahib olan Kiprin "BISCONE LIMITED" ofşor şirkətinə qarşı sanksiyalar tətbiq edib. Onun faktiki sahibi 2016-cı ildən sanksiyalar altında olan rusiyalı milyarder Aleksey Mordaşovdur.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »