Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paytaxtın bəzi ərazilərində su məhdudiyyətlə veriləcək
Paytaxtın bəzi ərazilərində su məhdudiyyətlə veriləcək

Bakını şəhərinin bəzi ərazilərində içməli su məhdudiyyətlə veriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən verilən məlumatda bildirilir.

Qeyd edilir ki, Ceyranbatan-Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Hazırda qəza briqadaları hadisə yerində işləyir və günün sonuna qədər qəza aradan qaldırılacaq.

Yaranmış narahatlıqla bağlı ASC abonentlərdən üzr istəyir.

Son xəbərlər
Bütün xəbərlər »