Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”

Neçə gündür Sezen Aksunun beş il əvvəl bəslədiyi mahnı Türkiyədə gündəm mövzusu olub. Musiqi nümunəsində Adəm və Həvvanın “cahil” adlandırılması inanclı kəsimi özündən çıxarıb. Sezen Aksuya ittihamlar bir-birini əvəz edir. Müğənni-bəstəkarın hətta evinin qarşısında etiraz aksiyası da keçirlib.

Bizimyol.info xəbər verir ki, Sezen Aksuya növbəti qınaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib. Cümə namazından sonra İstanbulun Üsküdar rayonunun sakinləri ilə söhbətləşən dövlət başçısı müğənni haqqında sərt sözlər deyib. O, Adəm peyğəmbəri aşağılamağa heç kimin haqqı olmadığını bildirib: “Uzanan dilləri qoparmaq bizim vəzifəmizdir”.

Ərdoğan deyib ki, Adəm və Həvvaya dil uzatmağa heç kim cəsarət etməməlidir. Əks halda həmin şəxsə yerini göstərmək lazım gələcək.

Sezen Aksuya Milliyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli də etirazını bildirmişdi. Onun da ifadələri sərt alınmışdı: “Sərçəsən, sərçəliyini et, quzğunluğa həvəs göstərmə”.

Dəyanət İşləri Başkanlığının münasibəti isə nisbətən yumşaq olmuşdu. Dini qurum Sezen Aksunun bu mövzularda həssas davranmalı olduğunu vurğulamışdı. Başkanlıq mahnının sözlərini müəyyən hörmətsizlik kimi qəbul etdiyini açıqlamışdı.

Sezen Aksu “Şahanı bir şey yaşamaq” mahnısını 2017-ci ildə bəstələyib. Sözlərin arasında “salam söyləyin o cahil Həvva ilə Adəmə” ifadəsi diqqət çəkir. İnanclı kəsim ifadəyə beş il sonra fikir verib. Dərhal müğənniyə müxtəlif istiqamətlərdən hücumlar başlayıb. Xüsusilə hökumət adamları Sezen Aksunu ittiham edir. Buna baxmayaraq, həmkarları müğənnini bacardıqca müdafiə etməyə çalışır.

Sezen Aksu Sezen Aksu

“Şahanə bir şey yaşamaq” mahnısı “YouTube” portalında 3.7 milyon dəfədən çox dinlənilib. 2 min rəyin arasında da tənqidə, ittihama rast gəlmək mümkündür. Amma Sezen Aksunu müdafiə edənlərin çoxluğu xüsusi nəzərə çarpır. Rəy yazanların əksəri düşünür ki, burada inanclı kəsimi o cür qəzəbləndirəcək heç bir şey yoxdur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »