Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azad edilmiş ərazilərin bərpası üçün yaradılmış fondlara ödənilən vəsaitin əhatəsi genişləndirilib
Azad edilmiş ərazilərin bərpası üçün yaradılmış fondlara ödənilən vəsaitin əhatəsi genişləndirilib

Büdcədənkənar vəsaitdən İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən istiqamətlər genişləndirilib.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun qərarı ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, büdcədənkənar vəsaitin dövlət və ictimai əhəmiyyətli məqsədlərə yönəldilən hissəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə tədbirlərə maliyyə dəstəyinin göstərilməsi məqsədilə yaradılmış fondlara və təsisatlara vəsait ödənilməsinə xərclənəcək.

Paylaş »
››› Bayden çoxdan gözlənilən qərarı verdi: Rusiya ordusunu çətin günlər gözləyir
››› Putinin yaxın adamı "satdı", Ukraynanın keçmiş prezidenti sərhəddə saxlanıldı
››› "Rusiya gəmilərini “Harpun”la vuracağıq və buğda ixracı bərpa olunacaq"
››› Bayden yenə Putinin ünvanına sərt sözlər səsləndirib
››› Putinin heç vaxt olmayan "oğlu": "Ukrayna bitdi"
››› "Gizli referendum" haqda açıq söhbət
››› ABŞ və Avropa razılaşa bilmir: Müharibədə kim qalib gəlsin...
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »