Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..

Uşaq dünyaya gətiməyin neçəyə başa gəldiyini bilirsiniz? Bilmirsinizsə, bir stəkan su da götürüb monitora yaxın oturun. Çünki oxuyacaqlarınız sizi dəhşətə gətirə bilər.

Deməli, Azərbaycanda, xüsusilə də Bakı şəhərində uşaq dünyaya götürmək istəyən anaların bir çoxu özəl klinikalara üstünlük verirlər. Bunun isə bir çox səbəbləri var. Məsələn, dövlət xəstəxanalarına inamsızlıq, qanunsuz ödəniş məsələləri, bu xəstəxanaların baxımsız vəziyyətdə olması və s. Özəl xəstəxanalarda isə bu problemlərlə demək olar ki, rast gəlinmir. Lakin özəl xəstəxanaların da öz əmmaları var.

Bu xəstəxanalarda təbii doğuş və qeysəriyyə yolu ilə uşaq dünyaya gətirmək üçün qiymətlər fərqlidir. Amma fərq bir o qədər də çox deyil. Ana öz gücü ilə də uşaq dünyaya gətirsə də, külli miqdarda pul ödəməli olur, qeysəriyyə yolu ilə də. Heç kimə də məlum deyil ki, bu iki üsul arasında qiymət fərqinin bir-birinə hədsiz yaxın olmasının səbəbi nədir.

Qəribə səslənsə də, yazacam. Bir el misalı var ki, “güc doğana düşər”. Gücün anaya düşdüyü təbii doğuşda həkimlərin işi sadəcə, anaya dəstək vermək, dünyaya gələn körpəni qarşılamaq olur. Amma qeysəriyyə əməliyyatının adından da məlum olduğu kimi sırf həkimlərin müdaxiləsi, əməliyyat vasitəsilə dünyaya uşaq gətirilir. Bu zaman isə əməliyyat otağında, avadanlıqlarından, xeyli sayda tibb işçilərindən istifadə olunur, xəstəyə narkoz verilir,  ananın və uşağın sağlamlığı sırf həkimin cavabdehliyində olur.

Sadaladdıqlarımdan da görünür ki, dünyaya uşaq gətirməyin bu iki üsulu arasında yerlə-göy qədər fərq var. Lakin nədənsə, özəl xəstəxanalarda qeysəriyyə üsulu ilə uşaq dünyaya gətiməklə təbii yolla doğuş etmək arasında demək olar ki, heç bir qiymət fərqi yoxdur. Məsələn, “Baku Medical Plaza”da təbii doğuş 1200, qeysəriyyə 1400, “Oksigen” klinikasında təbii doğuş 1000, qeysəriyyə 1300, “German hospital”da təbii doğuş 900, qeysəriyyə 1200, “Bona Dea”da təbii doğuş 1800, qeysəriyyə 2500-3000, “İnternational”da təbii doğuş 750, qeysəriyyə 1050-1360 manatadır. Onu da qeyd edim ki, qiymət artımlarından sonra yuxarıda qeyd etdiyimiz xəstəxanaların bəzilərinin qiymətləri daha da artırdığı deyilir. Lakin elə bu qiymətlərə baxmaq insana kifayət edir ki, dünyaya uşaq gətirmək planını bir neçə dəfə gözdən keçirsin.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »