Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə-Ermənistan münasibətləri yeni mərhələdə: “Görüş üçün başqa ölkəyə ehtiyac yoxdur”
Türkiyə-Ermənistan münasibətləri yeni mərhələdə: “Görüş üçün başqa ölkəyə ehtiyac yoxdur”

Türkiyə mediası Ermənistan və Türkiyə arasında yaranmaqda olan yeni münasibətlərlə bağlı yazı dərc edib.

Bizimyol.info xəbər verir ki, həmin yazıda bildirilir ki, hər iki ölkənin diplomatik mənbələri son günlər baş verənlərlə bağlı qiymətləndirmələr ediblər və Türkiyə ilə Ermənistan arasında keçiriləcək görüş üçün məkanın Türkiyə və ya Ermənistan olmasını istədiklərini vurğulayıblar. Bundan əalvə olaraq, görüş üçün başqa ölkəyə ehtiyac olmadığını qeyd ediblər.

Qeyd edək ki, Minsk görüşlərinin İstanbulda keçiriləcəyi bildirilsə də, tarixin hələ müəyyən edilmədiyi əlavə edilib.

Bundan əlavə Türkiyənin Ukrayna-Rusiya məsələsində mövqeyinin aydın olduğunu qeyd edən diplomatik qaynaqlar, "təzyiqin aşağı salınması, qarşıdurmanın qarşısının alınması və dialoqun artırılması istiqamətində mövqeyimiz bəllidir" deyə bildiriblər.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »