Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: Bir hərbçi Ukrayna sərhədini keçərsə, bu, işğal hesab olunacaq
Blinken: Bir hərbçi Ukrayna sərhədini keçərsə, bu, işğal hesab olunacaq

ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyaya Ukraynanı işğal edəcəyi təqdirdə ciddi nəticələrlə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, ABŞ ən azı bir rus hərbçisinin sərhədini keçməsini Ukraynaya təcavüz cəhdi kimi qiymətləndirəcək.

Bizimyol.info xəbər verir ki, Blinken bu barədə "ZDF" telekanalına müsahibəsində bildirib.

“Rus əsgəri Ukrayna sərhədini keçəndə bizim aramızda həqiqətən ciddi problem yaranacaq. Çünki bu, Ukraynaya qarşı açıq işğal hücumu hesab olunacaq. İstər bir əsgər olsun, istər min fərqi yoxdur, bu, real və yüksək risk kimi dəyərləndiriləcək. Rus əsgərləri təkcə Ukrayna sərhədlərinə deyil, bu yaxınlarda Belarusa da göndərilib. Deməli, Rusiyanı hərəkətləri real riskdir”, - deyə dövlət katibi bildirib.

“Müzakirə olunan “Şimal axını 2”yə ​​gəlincə, ABŞ-ın mövqeyi çoxdan bəllidir. Biz qaz kəmərinin istismarının əleyhinəyik”, - Blinken bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »