Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sırf formal olaraq bir neçə cihaz quraşdırılıb”
“Sırf formal olaraq bir neçə cihaz quraşdırılıb”

Təhsil sistemində üzləşdiyimiz problemlərdən biri də məktəblərdə laboratoriyaların olmaması, olsa belə şagirdlərin istifadəsinə verilməməsidir. 11 il məktəbdə oxuyub, lakin bircə dəfə belə laboratoriya praktikası olmayan şagirdlərin sayı saysız-hesabsızdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, laboratoriyalardan istidafə edilmədiyi üçün şagirdlər praktik vərdişləri, səriştələri öyrənə bilmirlər.

İlqar Orucov İlqar Orucov

“Çox təəssüf ki, bizim əksər məktəblərimizdə bu istiqamətdə problemlər var. Məktəblərdə laboratoriyalar yoxdur. Olanlardan isə istifadə olunmur və burada sırf formal olaraq bir neçə cihaz quraşdırılıb. Bu sahədə çox zərərli tendensiya yaşanmaqdadır. Belə ki, laboratoriya məşğələləri tələb olunan proqram mövzularını belə biz nəzəri formada tədris edirik. Şagirdlər isə hadisəni sadəcə nəzəri formada təsəvvür edirlər.

Laboratoriya məşğələləri proqram mövzusunu daha dolğun, praktik anlamaq üçün tədrisin çox vacib tərkib hissələrindən biridir. Amma laboratoriya olan məktəblərdə belə laboratoriya fənləri daha çox fomallıq əsasında tədris olunur. Məktəb şagirdlərinin böyük əksəriyyəti həmin laboratoriyaları sadəcə kənardan müşayət edirlər və onların indiyədək buradan istifadələri mümkün olmayıb”.

İlqar Orucov sonda qeyd edib ki, məktəb təkcə nəzəri bilikləri verməli deyil, eyni zamanda şagirdlərə vərdişlər, tədqiqatçılıq bacarıqlarını aşılamalıdır.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »