Kreml ABŞ prezidenti Co Baydenin Moskvaya etdiyi sərt xəbərdarlıqla Rusiya-Ukrayna böhranını daha da gərginləşdirəcəyini bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
Dmitri Peskov deyib ki, bu şərhlər heç bir halda Avropada yaranmış gərginliyin azaldılmasına kömək etmir: “Əksinə, belə bəyanatlar vəziyyətin gərginləşməsinə, sabitliyinin pozulmasına rəvanc verə bilərlər. Vaşinqton və onun Qərb müttəfiqləri dəfələrlə Rusiya Ukraynanı işğal edərsə, onu genişmiqyaslı iqtisadi və siyasi sanksiyalarla hədələyib”.
“Moskva bu cür planları rədd edir və təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsini məsuliyyətini NATO və ABŞ-ın üzərində olacağını bildirir”, -deyə o bildirib.
Qeyd edək ki, Bayden Ağ Evdə jurnalistlərə: “Rusiya Ukraynanı işğal edərsə, cavabdehlik daşıyacaq. Əgər rus ordusu Ukrayna ərazisinə daxil olarsa, bu, Rusiya üçün fəlakət olacaq”, - deyib.
Bizimyol.info