Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda 2000 manata tapança satmaq istəyən şəxs saxlanılıb
Bakıda 2000 manata tapança satmaq istəyən şəxs saxlanılıb

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat verib.

Belə ki, Şöbəyə paytaxt sakini Elxan Soltanovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs odlu silahı 2000 manata satmaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 8 ədəd patron və daraq aşkar edilərək götürülüb. Elxan Soltanov “Makarov” markalı odlu silahı bir neçə il bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »