Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto

67 ildir yuyunmayan və yol kənarında ölü heyvanlarla qidalanan 87 yaşlı kişinin sağlam olduğu üzə çıxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat verib.

İranın Kirmanşah vilayətində yaşayan kişinin 67 il əvvəl xəstələnməkdən qorxduğu üçün yuyunmaqdan imtina etdiyi bəlli olub. Onu müayinə edən həkimlər bildiriblər ki, suyu xirda çuxurlardan içməsinə, yol kənarına atılmış ölü heyvan, xüsusən də dovşan və kirpi əti ilə qidalanmasına baxmayaraq, qocanın sağlam olduğunu aşkar edən həkimlər təəccübləniblər.

Amu Hacı (Hacı əmi) kimi tanınan qoca heyvan nəcisindən özü üçün siqaret növü də hazırlayıb.

Qeyri-adi həyat tərzinə baxmayaraq sağlamlığı ilə hər kəsi təəccübləndirən insan gəncliyində aldığı bəzi travmalar səbəbindən həyatının çox hissəsini tək keçirib.

Hacı əmi kənd camaatının onun üçün tikdirdiyi daxmada yaşayır.

Müəyyən analizlər aparan tibb işçiləri qocanın heç bir bakterial infeksiya, parazit və ya səhhətində ciddi problem olmadığını, əksinə, gigiyenik şəraitdə yaşayan adi insan kimi sağlam olduğunu müəyyən ediblər.

“The Mirror”a danışan həkim Qulamrza Molavi deyib ki, Hacı əmi immun sistemi güclü olduğu üçün sağlam qala bilib.

Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »