Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda qaranlıq görmək necə yozulur
Yuxuda qaranlıq görmək necə yozulur

Hər yuxunun bir mənası var… Bəlkə də özümüz üçün təsəlli olaraq qəbul etmişik bu fikri. Bəlkə də bu həqiqətən belədir. O zaman niyə pis yuxu görəndə “yuxudur da, mənası yoxdur” deyib, yaxşı yuxu görəndə çin olmasını arzulayırıq.

Yuxular sadəcə insan beyninin şüuraltı məhsuludur. Gün içində yaşananlar, sevinclər, kədərlər, həsrətlər, gözyaşları yuxularda özünü biruzə edir. Bəzən aydınlıqda, işıqların arasındayıq, bəzən, qaranlıqdan çıxa bilmirik. Bu gün Bizimyol.info qaranlıq yuxuların yozumunu açıqlayır.

Yuxuda qaranlıqda qalmağın müxtəlif yozumları var:

  • Bu yuxu bəzən zülmətə, əxlaqsızlığa, zülm etməyə, sevginin qalib gəlməsinə, qaranlıqdan çıxmağa, tövbə etməyə yozula bilər.
  • Yuxuda qaranlıqdan qorxduğunu və ya qaranlıq bir məkanda olduğunu görmək, yeni atıldığını işin uğursuzluqla nəticələnəcəyinə işarədir.
  • Qaranlıq otağa hardansa işığın düşməsi, bir çox sıxıntının öhdəsindən gələcəyinizi bildirir.
  • Qaranlıq eyni zamanda çətinlik, sıxıntı, yoxsulluq və qorxu olaraq da yozulur. Yuxuda qaranlıqda olduğunu və olduğu yerin birdən birə işıqlandığını görən şəxs günahkardırsa tövbə edər, həbsdədirsə azadlığa çıxar, xəstədirsə sağalar, borcludursa, borcdan qurtarar.
  • Yuxuda qaranlığa girdiyini görən şəxs sirlərini gizlətməyə çalışsa da, bir gün üzə çıxacaq.
  • Yuxuda qaranlıqda gəzmək yuxu sahibin içində olduğu sıxıntılardan yorulduğuna işarədir. İş və ticari sahədə sıxıntıların olmasına, maddi itkilərə, yüksək rəqəmli borclara işarədir.

Bəzi yuxuyozmalara görə, qaranlıqda gəzmək yuxu sahibinin sıxıntılarını geridə buraxacağına, bəzi yozumlara görə isə bu sıxıntların artacağına işarədir.

  • Yuxuda qaranlıqda tək gəzmək bütün çətinliklərlə tək mübarizə aparmaq deməkdir. Düşdüyünüz vəziyyətdə sizə heç kim yardım etməyəcək.
  • Yuxuda gecə gəzintisi duyğusal həyatda verilən sözləırin tutulacağına, xoşbəxtliyə, mərd və təmiz ürəkli birinin həyatınıza girəcəyinə işarədir.
  • Yuxuda qaranlıq meşədə gəzmək varlı və xeyirxah biri ilə tnaış olacağınızdan xəbər verir. Məşğul olduğunuz işdən yaxın zamanlarda böyük gəlir əldə edəcəksiniz.
  • Yuxuda qaranlıq küçələrdə gəzmək uğur, salamatlıq və xeyirli işlərə yozulur. Həyatda qarşınıza çıxacaq bütün əngəlləri yox etməyə, müvəffəqiyyətlərə nail olacağınıza, maddi və mənəvi sıxıntılardan qurtulub, istəklərinizin həyata keçəcəyinə işarədir. Bəzi yuxu yozanlara görə isə, bu sıxıntılı bir vəziyyətə işarədir.
  • Yuxuda qaranlıqdan işığa doğru addımlamaq ələcəyinizin işıqlı olacağına, sıxıntılardan qurtulacağınıza, işinizdə yüksəlişə və bol qazanca işarədir. Arzuladığınız bütün arzular həyata keçəcək, müjdəli xəbərlər, layiq olduğunuz həyat sizi gözləyir.

Uutmayın ki, yuxuda nə görməyinizdən asılı olmayaraq bütün qərarları sizin haqqınızda Tanrı verir. Yuxular isə bizim inanclarımız əsasında formalaşır və təsdiqini tapır. Odur ki, yuxunuzun yozulmasını istəmirsinizsə, suya danışın.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »