Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
"Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"

“Ümumiyyətlə 19-dan 20-nə keçən gecə, Azərbaycan xalqının tarixində bir dönüş nöqtəsidir. Tarixdə çox nadir nümunədir ki, bir gündə, bir gecədə yaşanan hadisə bu qədər böyük bir dönüşə və yeni ənənələrin yaradılmasına səbəb ola bilir. Amma Azərbaycan tarixində bu güə, yəni 19-dan 20-nə keçən gecə və bu tarixdən sonra artıq müstəqillik zərurət kimi qəbul olunmağa başladı. Sovet hakimiyyətinə, ordusuna inam tamamilə məhv oldu. Bu fəlakət də birbaşa olaraq, planlaşdırılmış şəkildə həyata keçirildiyi üçün Azərbaycanda artıq sovetlərdə qalıb-qalmamaq yox, müstəqil dövləti yaratmaq kimi fikirlər bərqərar oldu”.

Bu barədə Bizimyol.info saytına politoloq Fərhad Məmmədov 20 Yanvar hadisəsini şərh edərkən bildirib. O, qeyd edib ki, sovet dövrü Azərbaycandan müstəqilliyini almışdı. Çünki 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdu. Amma Sovetlər bu dövləti işğal edib müstəqilliyimizi almışdı: “Bu, əsas məqamdır. Lakin AXC-nin yaratdığı dövlət, sərhədləri, dövlət düşüncəsi o qədər güclü idi ki, ilk illərdə bizi Zqafqaziya Federasiyasına və s. daxil etmək istəsələr də, lakin biz o 15 respublikalardan birinə çevrilə bildik. Və bu da AXC-nin müstəqillik elan ediləndən sonra Azərbaycan tarixində ikinci ən böyük uğurudur”.

Fərhad Məmmədov Fərhad Məmmədov

F.Məmmədov bildirib ki, sovetlər dövründə yaşadıqlarımız Azərbaycanda heç bir zaman unudulmur: 20 Yanvar, Xocalı soyqırımı dövlət səviyyəsində qeyd olunur. Dövlət Protokoluna salınıb. Elə vaxtlar olub ki, böyük beynəlxalq tədbirlər 20 Yanvara təsadüf edib. Adətən bu DAVOS forumu olub, ancaq hər zaman 20 Yanvarda Şəhidlər Xiyabanı ziyarət edilib. Xocalı soyqırımına həsr olunmuş heykəl də ziyarət edilib. Yəni bu günlər dövlət səviyyəsində qeyd olunan məsələlərdir. Məktəb kitablarında yazılıb. Günahkarların adı çəkilib. 20 Yanvar 1990-cı ildə uşaq-gənc olanların övladları bu tərbiyəni görüb. 2020-ci ildə müharibədə bir yumruq olaraq, qələbə qazanıblar”.

F.Məmmədovun sözlərinə görə, 1990-cı illərdə Rusiya hakimiyyəti Boris Yelstsinin qismində bir dəfə də olsun Azərbaycana səfər etməmişdi. Amma Putin 2000-ci ilin əvvəllərində ilk səfərlərindən birini Azərbaycana etmiş, şəhidlər Xiyabanını ziyarət etmişdi. Əklil qoyarkən də, dizini də yerə qoymuşdu.

“Bu, onu göstərirdi ki, Rusiya bu Şəhidlər Xiyabanının yaradılmasının səbəbkarı kimi sovet hökümətini görürdü və onun varisidirsə, bu hadisə ilə də üzləşməli idi. Və bununla da üzləşdi” - deyən politoloq bildirib ki, Qarabağda yerləşdirilən sülhməramlılarla, 20 Yanvarda baş verənləri eyniləşdirmək düzgün deyil. Çünki Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlılar Azərbaycanın razılığı ilə orada yerləşdirilib. Noyabr ayında bu sülhməramlıların orada yerləşdirilməsi Azərbaycanın marağında idi.

“Azərbaycan, bir çox problemlərlə üzləşə bilərdi. Və bunun qarşısı alındı. Həm etnik təmizləmə iddiası və digər iddialar vardı ki, Avropada artıq bir neçə dövlətdə belə qondarma qurumun tanınması belə mümkün idi. Və bu, müstəqillik dövrü ərzində həm Rusiyanın hərbi bazalarının, həm Qəbələ radiolakasiya stansiyasının bağlanmasını təmin etdi. Bir neçə ildən sonra da Rusiya sülhməramlılarının çıxarılması da təmin olunacaq”,- deyə politoloq qeyd edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »