Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi bildirib ki, prezident Qasım-Comart Tokayevin etiraz aksiyaları zamanı verdiyi xəbərdarlıq etmədən atəş açmaq əmri nümayişçilərə şamil edilmir.
Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“O, mütləq nümayişçiləri nəzərdə tutmayıb. Bu, silahlı yaraqlılara güclü siqnal idi ki, dayanmasalar, o zaman silahlı qüvvələrimiz və hüquq-mühafizə orqanlarının şəxsi heyəti onlara xəbərdarlıq etmədən atəş açacaq, döyüşəcək”.
Tleuberdi əlavə edib ki, Tokayevin xəbərdarlıq etmədən güllələmək ilə bağlı sözləri kontekstdən çıxarılıb.
Qazaxıstanda fövqəladə vəziyyət və komendant saatı yanvarın 19-da gecə yarısı başa çatıb. Eyni zamanda, Alma-Atada terror təhlükəsinin “qırmızı” səviyyəsi hələ də saxlanılır. Polis gecə-gündüz şəhərdə patrul edir, nəzarət-buraxılış məntəqələri fəaliyyətini davam etdirir. Meriya vətəndaşları hüquq-mühafizə orqanlarının işinə anlayışla yanaşmağa çağırıb.
Bizimyol.info