Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"

Ukrayna prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarına Rusiyanın mümkün genişmiqyaslı təcavüzü ilə bağlı təşvişə düşməməyə çağırıb. O, ölkədə sülhün qorunacağını və 2023-cü ili hamının sağ-salamat qarşılayacağını vəd edib.

Prezident Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı məlumatları düzgün qiymətləndirməyi xahiş edib. Onun fikrincə, təcavüzkar dövlət mümkün müqaviməti zəiflətmək və biznes investorlarını ruhdan salmaq üçün qəsdən əhali arasında təşviş və qeyri-müəyyənlik yayır. Zelenski Rusiyanın təcavüzkar niyyətlərinu puç etmək üçün ləyaqət və qüruru qorumağa çağırıb.

Eyni zamanda o, əmin edib ki, hakimiyyət vəziyyəti diplomatik yolla həll etmək və Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün tərəfdaşlarla sıx əməkdaşlıq edir: " Ukrayna qorxmur, çünki öz torpaqlarını qoruyur. Təslim olmayacağıq, çünki bu, bizim torpağımızdır, qaçmağa başqa yerimiz yoxdur. Ukrayna müdafiə qabiliyyətini daim genişləndirir.

Əslində, xəbər nədir? Bu, artıq 8 ildir ki, reallıq deyilmi? İşğal 2014-cü ildə başlamadımı? Genişmiqyaslı təcavüz təhlükəsi yalnız indi yaranıbmı? Bu təhlükə indi yaranmayıb. Sadəcə, indi bu xəbərlər ətrafında daha çox çaxnaşma var və onlar artıq bizim torpaqlarımıza deyil, əsəblərinizə aktiv şəkildə hücum edirlər ki, sizdə daimi narahatlıq hissi yaratsınlar.

Bunu bütün vətəndaşlarımız, xüsusən də yaşlılar dərk etməlidir. Sakitləşin. Qarabaşaq və kibrit dalınca qaçmayın. Nə etməlisiniz? Sakit və soyuqqanlı qalın, özünüzə, ordumuza, Ukraynamıza inamınızı itirməyin.  Hər şeyə əmosiya ilə deyil, ağılla reaksiya verin! Narahat olmayın və davamlı olaraq “sabah nə olacaq, gələcəkdə nə olacaq” deyə düşünməyin.

Yanvarın 22-də biz, Birlik gününü qeyd edəcəyik. Biz Zaporojye körpüsünü açacağıq. Bir ildən sonra biz Ujqoroddan Luqanska qədər Ukraynanın ən böyük magistralını çəkəcəyik. Yollar, körpülər, məktəblər, stadionlar tikəcək, vaqonlar, təyyarələr, tanklar istehsal edəcəyik".

Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »