Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: Ukraynaya təcavüz Rusiya üçün fəlakət olacaq
Bayden: Ukraynaya təcavüz Rusiya üçün fəlakət olacaq

ABŞ prezidenti Co Bayden çərşənbə günü deyib ki, Rusiyanın Ukraynaya təcavüz Moskva üçün “fəlakət” olacaq.

Bizimyol.info xəbər verir ki, Co Bayden bunu Ağ Evdə mətbuat konfransında çıxışı zamanı deyib.

“Əgər Rusiya hakimiyyəti sərhəddə cəmləşmiş qüvvələri ilə nəyə qadir olduqlarını göstərmək istəsələr, bu, Rusiya üçün fəlakət olacaq”, – deyə obildirib.

Bayden əlavə edib ki, ABŞ tərəfdaşları və müttəfiqləri "Rusiya iqtisadiyyatına ciddi zərbə vurmağa hazırdırlar".

Bayden Putinə şəxsən xəbərdarlıq etdiyini və danışıqlar zamanı bu sanksiyaların miqyasını açıqladığını deyib.

"Mən ona, belə bir addım atacağı təqdirdə, təsəvvür belə etmədiyi sanksiyalara məruz qalacağını bidirmişdim", - deyə Bayden bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »