Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış aktyor Elman Rəfiyevin ad günüdür: "Hər kədəri pozitivə çevirməyi bacarıram"
Tanınmış aktyor Elman Rəfiyevin ad günüdür: "Hər kədəri pozitivə çevirməyi bacarıram"

“Nigarançılıq”-da nökər Əli, “Nekroloq”-da Ruslan, “ Yaşıl eynəkli adam”-da restoran işçisi... Deyirlər rolun böyüyü kiçiyi olmur. Rolu canlandırmaq və yaddaşlara yazmağı bacarmaq lazımdır. Nə zaman diqqət yetirsən yeni işlər dalınca qaçır, yeni fotolar paylaşır və yeni şeirlər səsləndirir. Bir dəqiqə dayanmır Elman Rəfiyev. Bəlkə də zamanın da qaçdığının fərqindədir. Bəlkə də zamana tələsir bu adam. Bu gün əməkdar artist, “Pantomima” teatrının direktoru Elman Rəfiyevin doğum günüdür. 51 yaşı olur, bacarıqlı və məşhur aktyorun.

İlk dəfə Ramiz Həsənoğlunun Hüseyn Cavidə həsr edilmiş “Cavid ömrü” filmində gənc-bolşevik-dramaturq rolunda oynayır. İki dəqiqəlik rol tamaşaçılar tərəfindən sevilir, bəyənilir və yaddaşlarda qalır. Filmdə Rasim Balayevlə tərəf müqabili olan E.Rəfiyev, ona verilən rolu o qədər gözəl yaradıb ki: “Mən vaxtilə yazmışdım, Şeyx Sənan məzmunca çox zəif idi. Pyesdəki tiplər olduqca solğundur. Cavid bu tənqiddən nəticə çıxartdımı? Əksinə, yeni-yeni əsərlər yazmaqla mənim kimi gənc-bolşevik istedadların yolunu teatra bağladı. Məsələn, İblis. İblis nədənsə ikinci pərdədə xidmətçi ərəb qiyafəsində, yaxud üçüncü pərdədə abid sifətində səhnəyə çıxır. Mən bunu başa düşə bilmirəm”.

Və Rasim Balayevin canlandırdığı Cavid obrazının cavabı: “Mən onu baş üçün yazmışam, boş üçün yox”…

Beləcə gənc aktyorun ilk film təcrübəsi uğurlu olur…

Sonradan müxtəlif filmlər, televiziya tamaşalarına dəvət alır. Məsuliyyətli olduğu üçün rollarını sevərək və yaşayaraq yaradır. Çoxumuzun yadında E.Rəfiyev, Q.Məsimovun "Muğam Trio - Dizlər" tamaşasında müğənni obrazı ilə qalıb.

Bəzilərimiz isə, onu Bəxtiyar Xanızadənin "Arzular aləminə səyahət" elmi-tədris filmindən – kloun Nini kimi xatırlayırıq. Müxtəlif ölkələrdə qastrollarda və festivallarda olan aktyorumuz oynadığı rollardan danışarkən belə həyəcanlanır, yaşaya-yaşaya danışır hər rolunu…

Hər zaman öz üzərində işləyən, inamla baxışlarla gələcəyə baxan Elman Rəfiyev gülərüzlü, nizamlı, səliqəli, məsuliyyətli bir kişiyə yaraşacaq bütün müsbət keyfiyyətləri cəmləyib özündə. Səsi isə, başqadır. Onun ifasında səslənən şeirləri dinlədikcə, səsinin məlahəti səni bu dünyadan ayırır. Şeirləri yaşayır, hiss edir. Bəzən gözünü yumub səsinə qulaq asırsan, şeiri necə hiss etdiyinin fərqinə varırsan.

Süniliyi yoxdur, bəzən kədərini gülüşlərində gizlətməyə çalışır. Deyir, "Pozitiv insanam. Hər kədəri pozitivə çevirməyi bacarıram". Amma səsini dinlədikcə hiss edirsən ki, kədəri də var içində. İfa etmək üçün seçdiyi şeirlər də bunu deyir.

“Dilin yansın dil yiyəsi, söz deməyə dilim gəlməz

Bu nə sirdir sir yiyəsi, gedən gedər, gələn gəlməz”…

Bəli, gedən gəlmir. Gedənləri heç vaxt heç kim əvəz edə bilmir. Buna görə də insanlara dəyər verməyi bacarmalıyıq. Sənətinə dəyər verməyi bacarmalıyıq. Çünki onları heç kim, heç vaxt əvəz etməyəcək.

Məsələn, duyğusal anınızda Elman Rəfiyev səsindən şeirləri dinləyin. Eşqi hiss edəndə, ürəyiniz coşğu ilə çırpınanda onun səsini dinləyin. Və yaxud zamanın çətinliklərindən baş aça bilməyəndə, onun oynadığı filmlərə baxın.

Hamıyla dil tapmağı bacarır, Elman Rəfiyev. O, xalqın sənətkarıdır, xalqın içində olan, xalqla ünsiyyətdə qalan…

Doğum gününüz mübarək olsun, sənətkar! Ürəkdən sevgilərlə...

İlahin, Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »