Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Komissiyası Rusiyaya xəbərdarlıq edib
Avropa Komissiyası Rusiyaya xəbərdarlıq edib

“Avropa İttifaqı Ukraynada vəziyyət pisləşəcəyi təqdirdə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edəcək”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviter hesabında yazıb.

"Biz Ukrayna ilə həmrəyliyimizi bir daha təsdiqləyirik. Vəziyyət pisləşərsə, tərəfdaşlarla razılaşdırılmış genişmiqyaslı sanksiyalar tətbiq edəcəyik. Avropa İttifaqı ilə Rusiya arasında dialoq davam edir. Biz Rusiya ilə dialoqu davam etdiririk, lakin Avropanı təsir dairələrinə bölmək cəhdlərini qəbul etmirik”, - o vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »