Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Merkel BMT-də işləməkdən imtina edib
Merkel BMT-də işləməkdən imtina edib

Almaniyanın keçmiş kansleri Angela Merkel Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin yüksək səviyyəli müşavir olmaq təklifini rədd edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat verib.

"Merkel bu mövzuda baş katiblə telefon danışığı aparıb, ona təşəkkür edib, lakin təklifi qəbul etməyəcəyini bildirib", - deyə Almaniya hökumətinin keçmiş rəhbərinin bürosu məlumatı təsdiqləyib.

Merkelə BMT strukturunda hansı vəzifənin təklif olunduğu açıqlanmayıb.

Merkel 16 il Almaniya kansleri vəzifəsində çalışıb. 2018-ci ildə o, beşinci müddətə namizəd olmamaq niyyətində olduğunu açıqladı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »