Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Milli Avarçəkmə Federasiyasına yeni baş katib seçilib
Azərbaycan Milli Avarçəkmə Federasiyasına yeni baş katib seçilib

Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti Kamil Hüseynovun sədrliyi ilə qurumun idarə heyətinin iclası olub.

AMAF-ın baş katibi postuna namizədliyi irəli sürülən Fərhad Əliyev iclas iştirakçılarına təqdim edilib. Onun bu vəzifəyə seçilməsi ilə bağlı idarə heyəti üzvlərinin səsverməsi keçirilib. İdarə heyətinin üzvləri yekdilliklə Fərhad Əliyevin Federasiyaya baş katib seçilməsinə səs veriblər.

AMAF-ın baş katibi Fərhad Əliyev AMAF-ın baş katibi Fərhad Əliyev

Qeyd edək ki, Fərhad Əliyev 2012-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi vəzifəsində çalışıb. 2017-2021-ci illərdə Avropa Velosipedçilər Birliyinin səlahiyyətli nümayəndəsi kimi beynəlxalq federasiyanın konqreslərində səsvermə hüququna malik 15 nümayəndəsindən biri olub.

Həmçinin 2018-ci ildən bu günədək Beynəlxalq Velosipedçilər İttifaqının Asiya və Yaxın Şərq ölkələri üzrə texniki kuratorudur.

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »