Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəisi: Moskva səfəri ikitərəfli əlaqələrdə dönüş nöqtəsidir
Rəisi: Moskva səfəri ikitərəfli əlaqələrdə dönüş nöqtəsidir

İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə görüşdən əvvəl Moskvaya səfərinin iki ölkə arasında ikitərəfli münasibətlərdə “dönüş nöqtəsi” ola biləcəyini deyib.

Bizimyol.info xəbər verir ki, bu barədə "aljazeera" məlumat verib.

Bildirilir ki, iki günlük səfər üçün Rusiya paytaxtına yola düşməzdən əvvəl İran prezidenti İran və Rusiyanı regionda güclü, müstəqil və nüfuzlu dövlətlər kimi xarakterizə edib. O deyib ki, səmərəli danışıqları davam etdirməklə dövlətlərimiz arasında təhlükəsizlik və ticarəti inkişaf etdirə bilərik.

“Rusiya ilə ortaq maraqlarımız və əməkdaşlığımız var. Şübhəsiz ki, regionda təhlükəsizliyi təhdid edən, yalnız öz mənafeylərini düşünərək siyasət yürüdənlərə qarşı birgə mübarizə apara bilərik”, - Raisi hər iki ölkəyə qarşı müxtəlif səviyyəli sanksiyalar tətbiq edən ABŞ-a ünvanladığı mesajda deyib.

Raisi əlavə edib ki, əlaqələrin hazırkı səviyyəsi nə İranı, nə də Rusiyanı qane etmir, ona görə də hər iki ölkə bu səfərdən daha çox nəticə gözləyir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »