Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Valideyn uşağında bir dəyişiklik gördüyü zaman bunu başa düşməlidir"
"Valideyn uşağında bir dəyişiklik gördüyü zaman bunu başa düşməlidir"

Son zamanlar narkotiklərdən istifadə hallarının artdığını müşahidə edirik. Daxili İşlər Nazirliyinin bu sahədə gördüyü işlər danılmazdır. Bəlkə də elə buna görədir ki, Azərbaycanda narkotiklərdən istifadə digər ölkələrlə müqayisədə nisbətən azdır. Ancaq sosial şəbəkələr üzərindən narkotik satışı vətəndaşları narahat etməyə bilməz. Çünki sosial şəbəkələr hər kəsin üzünə açıqdır. Uşaq və gənclərin də sosial şəbəkələrdən istifadə etdiyini nəzərə alsaq, onların da potensial narkotik istifadəçisi olması riskini də göz önünə almalıyıq.

Hazırkı dövrdə valideynlərin çoxu çalışır, uşaqların çox saatı isə təhsil müəssisələrində keçir. Valideynlər uşaqlarının narkotik istifadəçisi olduğunu necə öyrənə bilər?

Bir müddət əvvəl ekspert Elnur Fərzəliyev, məktəblərdə 7-11 ci sinif uşaqlarından mütəmadi olaraq qan analizləri götürülməsini təklif etmişdi. Ekspert hesab edir ki, qan analizi götürməklə uşaqların narkotik istifadəçisi olub-olmadığını müəyyən edərək, onları müalicəyə yönləndirmək mümkün ola bilər. Bu, sadəcə bir təklifdir. Bu təklifin necə qarşılanacağı isə, hələ də müəammalıdır.

Bəs valideynlər uşaqlarının narkotik istifadəçisi olduğunu necə müəyyən edə bilər?

Emil Maqalov Emil Maqalov

Narkomaniya üzrə ekspert Emil Maqalovun Bizimyol.info saytına bildirib ki, köhnə narkotiklərdən heroin, kokain və kokosdan istifadə edənlər bir müddət həzzdə olur. Yeni narkotiklərdən metamfetamindən istifadə edənlər bunu tək istifadə etdikləri zaman heç bir həzzi olmur. Ağlını başından alıb, dəli kimi edir: “Valideyn uşağında bir dəyişiklik gördüyü zaman bunu başa düşməlidir. Köhnə narkotiklə yenisini qarışdırıb istifadə edən zaman isə, başqa bir hiss ortaya çıxır. Onu da qeyd edim ki, bu qarışıqda müəyyən qədər köhnə narkotik, müəyyən qədər yeni narkotik təsir edir. Bu zaman insan qaşınır, onu yaralar basmağa başlayır, dişləri qaralır, tökülür. İnsan bir yerdə qərar tuta bilmir. Gözləri bərəlir, boş-boş, ağzına gələni danışmağa başlayır. Və yaxud görürsən ki, bütün gün əlində kitab oxuyur, baxırsan kitabı tərsinə tutub. Və yaxud oturub televizora baxır, televizorla danışır. Baxırsan ki, televizor yanmır”.

Ekspert qeyd edib ki, uşaqda və ya gəncdə bu kimi dəyişikliklər müşahidə edildiyi zaman mütləq test verilməlidir. Testlərə də etibarın olmadığını dilə gətirən Maqalov bildirir ki, bəzi işbazlar bundan da istifadə edib. Buna görə də, iki yerdə test verilməsi tövsiyyə edilir. Çünki şəxsin narkotikdən istifadə etdiyi nə qədər tez müəyyən edilsə, bir o qədər tez müalicəyə başlamaq olar.

“Uşaq gecələr yatmırsa, yemək yemirsə, üzündə və hərəkətlərində dəyişiklik varsa, testə aparın. Testin nəticəsi pozitivdirsə, bundan sonra narkoloqa və psixoloqa müraciət edin” - deyə ekspert bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »