Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəziləri "Covid"in pandemiyadan endemik vəziyyətə keçdiyini iddia edirlər
Bəziləri "Covid"in pandemiyadan endemik vəziyyətə keçdiyini iddia edirlər

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Çərşənbə "Covid-19" pandemiyası bitməkdən çox uzaq olduğunu söyləyib və "omicron" variantının risksiz olduğuna dair şayiələrə görə xəbərdarlıq etdi.

Bizimyol.info "dailymail" istinadən xəbər verir ki, BMT-nin səhiyyə orqanının rəhbəri Tedros Adanom Qebreyesus ÜST-nin Cenevrədəki mənzil-qərargahından jurnalistlərə bildirib ki, bu pandemiya hələ bitməyib.

Tedros, noyabr ayında Afrikanın cənubunda ilk dəfə aşkar edildikdən sonra bütün dünyada vəhşi yanğın kimi yayılan "omicron" variantının "zəif" olaraq qəbul etmək barədə xəbərdarlıq edib.

"Omicron" əvvəlki ştammlardan daha yoluxucudur, lakin xəstələrin onu daha yüngük keçirdikləri müşahidə olunur. Bu da virusun pandemiyadan endemik hala keçməsi ilə bağlı müzakirələrə səbəb oldu - təhlükənin keçəcəyi mənası ilə. Lakin yoluxmuş insanların çox olması bir çox həssas insanların hələ də ağır xəstəliyə tutulma və ölməsi riskinin mövcud olması deməkdir", - deyə ÜST rəhbəri bildirib.

Mütəxəssislər həmçinin xəbərdarlıq ediblər ki, Covid-19-un nəzarətdən kənarda yayılmasına icazə verilməsi yeni variantların ortaya çıxma şansını kəskin şəkildə artırır.

Bizimyol.info

Paylaş »
››› Finlandiya və İsveç Rusiyadan qorunmaq üçün Türkiyənin dediyini etməlidir
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »