Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...

Qışda qadınların ən çox sevdiyi geyim xəz kürklərdir. Hər bir qadın çalışır ki, heç olmasa bir kürkü olsun. Orjinal xəz kürklərin qiyməti isə, kifayət qədər bahadır.

Bəzi qadınlar kürk geymək eşqi ilə kredit şəklində ödəməklə xəz kürklər alırlar. Ancaq alınan xəzlər hər zaman keyfiyyətli olmur. Bəzən tükü tökülür, bəzən hissə-hissə dərilərdən hazırlanmış olur, bəzən süni dəri ilə qarışdırılmış şəkildə olur. Qeyd etdiyimiz kimi kürklərin qiyməti bahadır, buna görə də kürkdə qüsur aşkarlandığı zaman onu geri qaytarmaq və ya dəyişdirmək istədikdə problem yaşanır.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, saxta kürklərlə bağlı “Azad İstehlakçılar” Birliyinə müraciətlər daxil olur: “Müraciətlər əsasən Sədərək Ticarət Mərkəzində yerləşən satış yerləriylə bağlı olur. Sədərəkdə alıcılara kassa çeki də verilmir. Buna görə də məhsulu geri qaytarmaq mümkün olmur. Çünki qanunda qeyd edilir ki, kassa çeki olmasa, malın alındığını sübut etmək çətin olur.

Çox zaman istehlakçıları kürkün bütün dəridən hazırlanması iddiası ilə aldadırlar. İstehlakçı məhsulun astarından baxanda görür ki, kürk hissə-hissə dərilərdən ibarətdir. İkinci məsələ isə kürklərin tüklərinin tökülməsi ilə bağlıdır. Bu zaman istehlakçı düşünür ki, kürk keyfiyyətsiz dəridən hazırlanıb. Və yaxud qısa zamanda kürkün tükləri topa-topa tökülür. Belə şikayətlər də daxil olur. Bəzən isə, astarın düzgün tikilməməsi ilə bağlı müraciət edirlər. Çox zaman kürklər astara büzüşük şəkildə tikilir. Bütün bu hallarda istehlakçının hüququ var ki, məhsulu dəyişsin və ya geri qaytarsın. Amma bu şərtlə ki, məhsulun yarlığı üzərində olmalı və mal istifadə olunmamalıdır.

İstehlakçılar kürk alan zaman onun sertifikatını və qiymət sənədlərini tələb etməlidirlər. Ancaq unutmamaq lazımdır ki, qiymət siyasəti sərbəstdir, satıcı onu istədiyi qiymətə sata bilər. Bizə bununla bağlı daxil olan şikayətləri danışıq yolu ilə, təmənnasız şəkildə həll edirik”.

Qeyd edək ki, Azərbaycan bazarında kürklərin qiyməti kifayət qədər bahadır. Məsələn, Azərbaycanda 1000 manata satılan dəri kürkü Türkiyədə 350 manata əldə etmək mümkündür. Sadəcə olaraq, nəyi hardan alacağınızı bilmək önəmlidir.

Türkiyədə xəz-dəri məhsulları istehsal edən fabriklər var. Bu fabriklərin istehsal etdiyi məhsullar Türkiyə bazarı üçün bahalı görünsə də, Azərbaycan bazarı üçün uyğundur. O ki, qaldı Sədərək və ya digər ticarət mərkəzlərindən alınan məhsullara, istədiyiniz kürkü alarkən sadəcə sertifikat tələb edin. Bu zaman aldanma ehtimalınız minimuma enər.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »