Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virusa görə 2000 dağsiçanı məhv ediləcək
Virusa görə 2000 dağsiçanı məhv ediləcək

Honq Konqda bir nəfər şəxs, corona virusunun Delta mutasiyasının yayıldığı zoo mağazada olan heyvanların hamısını Covid-19 üçün testlərlə yoxlamadan keçirib. Mağazadakı 11 dağsiçanının Covid-19 testi müsbət çıxıb. Bundan sonra səlahiyyətlilər profilaktik tədbir olaraq, təxminən 34 müxtəlif zoo mağaza və heyvan mərkəzlərində olan 2000 dağsiçanını məhv etmək qərarına gəliblər.

Mağazanın 150-yə yaxın müştərisi isə karantinə alınıb, digər dağsiçanlarını izləmək üçün qaynar xətt yaradılıb.

Kənd Təsərrüfatı, Balıqçılıq və Mühafizə Departamentinin direktoru Leung Siu-fai mətbuat konfransında bildirib ki, heyvan sahibləri yaxşı gigiyena tədbirləri görməlidirlər, o cümlədən heyvanlara toxunduqdan sonra əllərini yumalı, onların yeməklərinə və ya digər əşyalarına toxunmamalı, heyvanları öpməkdən çəkinməlidirlər.

Leung, dağsiçanı sahiblərinin heyvanlarını çölə çıxarmamasının lazım olduğunu və məhv edilməsinə qərar verilən canlıların "insani formada" öldürüləcəyini qeyd edib.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, heyvanların koronavirusun yayılmasında əhəmiyyətli rol oynamadığı görünür. Bununla belə, Honq Konq rəsmiləri koronovirusun heyvanlardan insanlara keçmə ehtimalını istisna etmədiklərini bildiriblər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »