Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Angela Merkel BMT-dən iş təklifi alıb
Angela Merkel BMT-dən iş təklifi alıb

BMT-nin baş katibi Antonio Quterreş Almaniyanın keçmiş kansleri Angela Merkeli bütün bəşəriyyətin xeyrinə olan qlobal ictimai mallar üzrə yüksək səviyyəli məsləhət orqanına sədrlik etməyə dəvət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "DPA" agentliyi BMT-dəki mənbəyə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Quterreş bu təklifi Merkelə məktubla göndərib. Hələlik baş katib məktubuna heç bir cavab almayıb. Bununla belə, təşkilatda eks-kanslerin bu iş təklifini qəbul edəcəyinə şübhələr var.

Qlobal ictimai sərvətlər dedikdə, BMT xüsusilə qlobal sağlamlıq, elm, sülh, təbiətin mühafizəsi, dünya iqtisadiyyatını başa düşür.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »