Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken Putin üçün konstruktiv təklif səsləndirib
Blinken Putin üçün konstruktiv təklif səsləndirib

Bu gün, yanvarın 19-da Kiyevə gələcək ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya prezidenti Vladimir Putinin hələ də ölkələr arasında münasibətləri yaxşılaşdırmaq və böhranı həll etmək şansı var.

Bizimyol.info "Reuters"ə istinadən xəbər verir ki, o, bunu bir gün əvvəl deyib.

Bu gün ABŞ dövlət katibi Ukrayna rəhbərliyi ilə görüşəcək.

Blinken bu bəyanatı Rusiyanın böyük həcimli ordusunu Ukrayna ilə sərhədə yaxın ərazidə cəmləməsi fonunda verilib.

“ABŞ münaqişə istəmir. Biz sülh istəyirik. Prezident Putinin bu böhranın gərginliyini azaltmaq üçün addımlar atmaq imkanı var ki, ABŞ və Rusiya düşmənçilik və ya böhrana əsaslanmayan münasibətləri davam etdirə bilsin”,- amerikalı rəsmi əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »