Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir: ABŞ Kiyevə yeni silah verməyi dayandırmalıdır
Səfir: ABŞ Kiyevə yeni silah verməyi dayandırmalıdır

ABŞ hakimiyyəti, Kiyevə yeni silahlar çatdırmaq planlarından əl çəkməlidirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi "Facebook" səhifəsində məlumat yayıb.

“Əgər Birləşmiş Ştatlar həqiqətən də Ukraynadaxili münaqişənin həlli üçün diplomatik səylərə sadiqdirsə, onlar Ukrayna Silahlı Qüvvələri üçün yeni silah partiyalarının tədarükü planlarından imtina etməlidirlər. Vaşinqton Ukrayna hakimiyyətinə təsir imkanlarından istifadə edərək onları Minsk razılaşmalarını sabotaj etməyi dayandırmağa inandırmalıdır”, - deyə diplomatik missiya sosial şəbəkə hesabında yazıb.

Səfirlik xatırladıb ki, “Ağ Evin, Dövlət Departamentinin və Pentaqonun yüksək rütbəli rəsmiləri yekdilliklə Rusiya-Ukrayna sərhədində eskalasiya üçün addımların olmamasını elan ediblər. Həmçinin iddia edilir ki, Rusiya Federasiyası "hər an qonşu dövlətə, o cümlədən Belarus ərazisini də işğal edə bilər”.

"Bir daha vurğulayırıq: Rusiya heç kimə hücum etmək fikrində deyil. Öz torpaqlarımızda qoşun yeritmək praktikası bizim suveren hüququmuzdur", - Rusiyanın Vaşinqtondakı səfirliyi qeyd edib.

Çərşənbə axşamı Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi ABŞ-ın yaxın həftələrdə Ukraynaya daha çox hərbi yardım göndərəcəyini bildirib.

Ötən həftə CNN bildirib ki, ABŞ hakimiyyəti Ukraynaya ümumi məbləği 200 milyon dollar olan əlavə hərbi yardımın ayrılmasını təsdiqləyib. Qeyd olunur ki, Birləşmiş Ştatlar Ukraynaya atıcı silahlar, döyüş sursatları, tibbi avadanlıqlar və radar müşahidə vasitələri vermək niyyətindədir. Amerikanın “Politico” qəzeti də ABŞ prezidenti Co Baydenin daha əvvəl belə bir dəstək əmri verdiyini yazıb. Söhbət ABŞ-ın Pentaqonun anbarlarından başqa ölkəyə “təcili hərbi yardım” göndərə biləcəyi mexanizmdən gedir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu məlumatı şərh edərkən bildirib ki, Ukraynaya silah tədarükünün artması ölkənin cənub-şərqindəki münaqişə zonasında gərginliyi artırır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »