Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq: "Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır"
Prokurorluq: "Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır"

Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokurorluğundan "Report"a bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »