Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev, nəhayət, üzə çıxdı. Onun xalqa müraciəti yayımlandı. Nazarbayev çıxışında prezident Kasım-Jomart Tokayevlə heç bir qarşıdurma yaşamadığını bildirdi. Amma bəzi ifadələr düşünməyə material verir.

Bizimyol.info xəbər verir ki, Nazarbayev müraciətində “Qazaxıstana hücum”, “ölkənini ərazi bütövlüyünü pozmaq, əsaslarını dağıtmaq” ifadələrini işlədib. Sanki keçmiş prezident bəzi nüanslara eyham vurub. Nazarbayevin Rusiyanı nəzərdə tutması istisna deyil. Hətta məhz Kremlin müdaxiləsindən danışmış ola bilər.

Qazaxıstandan olan politoloq Dosım Satpayev Nazarbayevin Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin son dövrlərindəki kimi ifadə olunmasına diqqət çəkib. Şimal dövlətinin ilk rəhbəri “yorulmuşam, gedirəm” ifadəsini işlətmişdi.

“Biz müraciətdə ən vacib suala cavab tapmadıq. Nazarbayev həqiqətənmi birdəfəlik gedir? Nazarbayev erası başa çatır, buna şübhə yoxdur. Son vaxtlar görürük ki, elita daxilində təmizləmə işləri aparılır. Elə onun qohumlarını da təmizləyirlər. Ola bilər ki, Nazarbayev Putindən təhlükəsizlik zəmanəti alıb”.

Satpayev əmindir ki, elita daxilində müəyyən alver gedir. Politoloq mövqelərin bölüşdürülməsi prosesinin olduğuna inanır. Satpayev hakim “Nur Otan” partiyasının növbəti toplantısının olacağını, burada Tokayevin sədr seçiləcəyini proqnozlaşdırır. Nazarbayev də bu məqama diqqət çəkmişdi. “Həmin toplantıda məlum olacaq ki, Tokayev hara istiqamət almaq istəyir”,- Satpayev vəziyyəti belə qiymətləndirir.

Nazarbayev Qazaxıstanda etiraz aksiyaları başlayandan ortalıqda görünməmişdi. Onun hətta ölməsi xəbəri yayılmışdı. Qızları ölkəni tərk etmişdi. Aliyə Nazarbayevanın Dubayda olması dəqiqləşmişdi. Keçmiş prezidentin özünün isə yeri müəmmalı qalırdı. Nazarbayev üzə çıxaraq Nur-Sultanda olduğunu, hələ 2019-cu ildə bütün səlahiyyətləri Tokayevə verərək təqaüdə çıxdığını bildirib.

Qazaxıstanda yanvarın ilk günlərindən sıxılmış qazın qiymətinin artmasına görə etiraz aksiyaları keçirilir. Əvvəlcə hökumət kütlənin qarşısını almağa çətinlik çəkirdi. Ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, əslində isə Rusiyanın qoşununun çağırılması vəziyyəti dəyişdi. Etirazlar amansızlıqla yatırıldı.

Aytən, Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »