Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
“Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?

Rusiyanın NATO-dan sərhədlərini genişləndirməmək tələbi qəbul olunmadı. Kreml qəzəbləndi və hücum planları hazırlamağa başladı. İndi Moskvanın hara həmlə edəcəyini proqnozlaşdırmaq olmur. Rusiya qoşunları Qazaxıstanda göründü. Ukrayna savaşa hazırlaşır. Moldova və İsveç narahatdır. Baltikyanı ölkələr həmişə təhlükə gözləyir.

Bizimyol.info xəbər verir ki, Polşa mətbuatında bununla bağlı yazı hazırlanıb. Avropa ölkəsinin mediasında Rusiyanın dövlət başçısı Vladimir Putinin gözlənilməyən yerə hücum edəcəyini ehtimal edirlər.

Məqalə Kreml və Qərb arasındakı son danışıqların uğurlu nəticələnməməsi barədə qeydlərlə başlayıb. Cenevrə, Brüssel, Vyana görüşlərində ortaq məxrəcə gəlmək mümkün olmayıb. Çünki NATO Rusiya qarşısında üzərinə hər hansı öhdəlik götürmək istəmir. Hərbi alyans Moskvaya açıq-aşkar bildirdi ki, heç bir güzəşt olmayacaq. Putinin nümayəndə heyəti vətənə qayıdan kimi yenə hədə tonunda bəyanatlar eşidilməyə başladı.

Polşa mətbuatı yazır ki, Kreml adəti üzrə sağı göstərib, soldan zərbə endirir. Amma Qərb də bunu bilməmiş deyil. Putin Ukraynanı qarışdırır. Donbassa təxribatçı qrup göndərilib. Putin sakit dayana bilməz. Bir ilə yaxındır qoşunlar Ukrayna sərhədlərinə toplanıb. Söhbət 100 min nəfərdən çox canlı qüvvədər gedir. Mütləq harasa hücum etmək lazımdır. NATO saymazlıq nümayiş etdirir.

Yazıda qeyd olunan gözlənilməz yer İsveç ola bilərmi? Düzdür, zaman-zaman Skandinaviya ölkəsi narahatlıq yaşayıb. Hələ 2020-ci ilin payızında ölkənin Müdafiə Nazirliyi Qotland adasına böyük qüvvə cəlb etmişdi. Görünür, ora Rusiyanın hücumu gözlənilirmiş. Amma bu məsələ geniş müzakirəyə səbəb olmayıb. Rusiyanın hərbi gəmiləri yenə Qotland adasına yaxın üzməyə başlayıb. İsveç tədbirlər görür. Adaya tanklar, hərbi qüvvə cəlb olunub. İsveç müdafiə olunmağa tam hazır olduğunu bəyan edir.

Finlandiyanı da unutmaq olmaz. Helsinki diplomatik danışıqlar prosesini çox diqqətlə izləyirdi. Halbuki hücum edilmək ehtimalı olan yerlər arasında Finlandiyanın adı çəkilmir. Amma Putindən hər şey gözləmək olar.

Qərb mətbuatı əmindir ki, Rusiya harasa hücum edəcək. Bu, okeanın o tayı – məsələn, Nikaraqua, Ekvador, Boliviya da ola bilər. Belə görünür ki, açıq savaş ehtimalı böyükdür. Putin bu yolla Qərbi cəzalandıra biləcəyinə çox inanır.

Aytən, Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »