Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İndoneziyanın paytaxtı dəyişdirilir
İndoneziyanın paytaxtı dəyişdirilir

İndoneziya parlamenti bir müddət əvvəl prezident Coko Vidodonun gündəmə gətirdiyi paytaxtın Cakartadan Borneoya köçürülməsi məsələsinə yaşıl işıq yandırıb.

Bizimyol.info xəbər verir ki, parlamentin sədri Konu Maharani açıqlamasında bildirib ki, parlamentdə səsvermə keçirilib və paytaxtın Cakartadan Kalimantandakı Borneoya köçürülməsinə qərar verilib.

Reuters xəbər agentliyinin yaydığı məlumatda qeyd olunur ki, yeni paytaxta vəsaitlərin necə köçürüləcəyi və onun necə idarə ediləcəyi ilə bağlı planların hələ hazırlıq mərhələsində olduğu qeyd edilib.

Bundan əlavə dünyanın ən böyük adalarından biri olan Borneoda qurulacaq paytaxtın adının Nusantara olacağı qeyd edilib. Həmçinin İndoneziyanın yeni paytaxtın tikintisi üçün 2022-ci il büdcəsindən 35 milyon dollar ayırıldığı, bütün layihənin isə 35 milyard dollara başa gələcəyi bildirilir.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »