Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: Bürclərin sevgiyə fərqli baxışı və ya kim kimi axtarır
Ulduz falı: Bürclərin sevgiyə fərqli baxışı və ya kim kimi axtarır

İnsan həyatının elə bir dövrü olur ki, tək qalır. Sevgidən, sevməkdən, sevilməkdən uzaq düşür. Özünü boşluqda hiss edir və boşluğun heç bir zaman dolmayacağını düşünür.

Niyə sevgiliniz yoxdur? Gözəl xarakteriniz var, yaraşıqlısınız. Ətrafda hamının sevgilisi var, amma sizin yoxdur… İnsan xarakterləri həm də bürclərin xüsusiyyətləri ilə əlaqəlidir. Bürclərin də “Niyə sevgilin yoxdur?” sualına müxtəlif cavabları var.

Qoç bürcü - Özümü heç kimlə paylaşmaq istəmirəm

Qoçlar uzunmüddətli münasibətləri sevməzlər. Buna səbəb isə, iki nəfərlik həyata uyğun olmamalarıdır. Çünki hər zaman özlərini hər şeydən üstün bilirlər. Başqası üçün güzəştə getsin, başqasını özündən çox düşünsün, bu Qoçlara aid deyil. Başqa sözlə, özünü heç kimlə paylaşa bilmir. Buna görə də onlardan “Niyə sevgilin yoxdur” deyə soruşanda “özümü heç kimlə paylaşmaram” və ya buna bənzər cavab verərlər.

Buğa bürcü - Rahatlığımı heç kimə görə poza bilmərəm

Buğa bürcü insanlarının ətrafında sevgi yaşayan minlərlə insan olsa belə, onlardan dava-dalaşı, mübahisələri Buğalara da sirayət edir. Sevgidə xoşbəxt ola bilən varmı, görəsən? Öz həyatını yaşayan, heç kimə ehtiyac duymayan Buğa niyə başına bəla alsın ki? Yenidən özünü kiməsə tanıtsın, yeni insanlarla görüşsün, dava etsin, ayrılsın, yeni bir axtarışa başlasın. Xeyr, Buğanın buna heç həvəsi yoxdur. Tənhalıq hər şeydən yaxşıdır.

Əkizlər bürcü - Flörtlərim sevgilim olmasına icazə vermir

Zodiakın ən çox flört edən bürcüdür, Əkizlər. Ətrafında hər zaman kütlə var. Mesajlar üst-üstə, küncdə-bucaqda görüşdükləri də saysız. Hər zaman dəyərli hesab edildiyini düşünən Əkizlər, hamının diqqətindən vazkeçib niyə özünü bir insana həsr etsin ki? Özü bunu istəsə belə flörtləri buna əsla icazə verməz.

Xərçəng bürcü - Yasa gedib, gələcək

Xərçənglərin insan münasibətlərini başa düşə bilənə eşq olsun. Bir gün hər şeyi səninlə paylaşan insan, sabah susar. Davranışlarında bu dəyişikliklər həyatında baş verənlərlə bağlıdır.

Hər şey qaydasında olduğu zaman heç kimdən heç nə gizlətməz. Nə isə yolunda olmadığı zaman isə susarlar. Ona “Niyə sevgilin yoxdur” deyə sual versəniz, zarafatla “yasa gedib, gələcək” deyər.

Şir bürcü - Namizədləri və təklifləri dəyərləndirirəm

Şir bürcünün eşq həyatı hər zaman hərəkətlidir. Biri ilə birlikdə olsa belə, eşq elan edəni əskik olmaz. Sabah sevgilisindən ayrılsa da, onun üçün ehtiyyatda onlarla sevgilisi var. Sevgilisi olmayan zamanlarda isə gələn təklifləri dəyərləndirər. Sevgilisi yanına yaraşan biri olmalıdır.

Qız bürcü - Olsa nə olacaq, olmasa nə?

“Həyatı həqiqətənmi sevirsən?” - bu, Qız bürcünün tez-tez istifadə etdiyi bir sualdır. Həqiqətən insanlar həyatlarından razı olacaq qədər nə yaşayır ki? Sevgi də bunlardan biri. İndiyə qədər müxtəlif xəyal qırıqlığı yaşayıb, yaralarını sarımaqla məşğul olanlar da həyatın mənasını sevgidə axtarrır. Bir çox hisslər çoxdan bitdiyi halda sevgilin olsa nə olar, olmasa nə.

Tərəzi bürcü - Sevdim sevilmədim, sevəni də sevə bilmədim

Tərəzilərin sevgi həyatlarında bacara bilmədikləri bir dönəm var. Sevdiyi insanlar onları bəyənmir, qəlbini açanları da o bəyənmir. Belə olduğu üçün çox zaman tək qalır, Tərəzilər.

Əqrəb bürcü - Əqrəb bürcüyəm, yaxınlaşmağa qorxurlar

Əqrəblərin hər kəsin nəzərində qorxuducu bir imici var. Əqrəb bürcü olduğunu dediyi zaman araya sakitlik çökər, sevgisindən dəli olanlar belə onlardan uzaqlaşar. Şişirtmirik, heç kəs Əqrəbi sevmək istəmir. Əslində sevgiyə o qədər bağlı biridir ki, Əqrəb...

Oxatan bürcü - Birinə bağlanmaq başqalarını aldatmaqdır

Oxatanlar, ilk sevgilisi ilə evlənənləri başa düşməz. Onların hər gün hər yerdə yeni birinə aşiq olma ehtimalları var. Sevgi bir ömür bir insanla yaşanacaq duyğu deyil ki? Hər gün yeni sevgi yaşana bilər. Birindən xoşu gəldiyi üçün başqasına qapılarını bağlamaz. Onun fikrincə, “birinə bağlanmaq, başqalarını aldatmaqdır”.

Oğlaq bürcü - Anama heç kimi bəyəndirə bilmirəm

Oğlaq bürcü, Zodiakın ən hörmət edilən bürclərindən hesab edilir. Sevgi həyatlarında belə öz bildiyini etməzlər. Onun üçün anasının bu məsələdə nə düşündüyü hər zaman maraqlıdır.

Dolça bürcü - Daha yaxşısını gözləyirəm

Dolçalar ən gec evlənən bürclərdən hesab edilir. Çünki "sevgilim" deyəcəyi insan hərtərəfli onu qane etməlidir. Yüksək standartları və davamlı axtarışları ilə həyat keçib gedər. Evlilik bir kənara, sevgili olduqları zaman da axtarışdadırlar.

Balıq bürcü - Doğrudan, niyə yoxdur ki?

Balıqlar hər zaman axtarışdadır. Suallarına hər zaman tətmin edici cavablar axtararlar. İnsanlara daxilən bağlanan, şəfqət gözləyən, bir dediyini iki etməyən Balıqlar niyə sevgili tapa bilmirlər, çox maraqlıdır. Başqaları soruşduğu zaman isə “bilmirəm” deyə cavab verərlər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »