Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayev Qazaxıstan hadisələrindən sonra ilk dəfə danşıb
Nazarbayev Qazaxıstan hadisələrindən sonra ilk dəfə danşıb

Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayev ölkədə etirazlar başlayandan bəri ilk dəfə xalqa müraciət edib.

Bizimyol.info xəbər verir ki, müraciətin videosu onun rəsmi "YouTube" kanalında yayımlanıb.

O bildirib ki, ölkədə yanvar etirazları və iğtişaşlar “dövlətin əsaslarını” dağıtmaq məqsədi ilə “Qazaxıstana hücumdur” planı olub. Nazarbayev xalqı həmçinin ölkənin müstəqilliyini qorumağa, etirazlar zamanı qırğınlar və qətl hallarının araşdırılmasının nəticələrini gözləməyə çağırıb.

“KİV-də dərc olunan yazılarla əlaqədar sizə bildirirəm ki, 2019-cu ildə mən prezidentin səlahiyyətlərini Kasım-Comart Tokayevə verdim. O vaxtdan bəri mən təqaüdçüyəm və hazırda Qazaxıstanın paytaxtında layiqli istirahət edirəm, heç yerə getməmişəm”.

Nazarbayev onun harada olması ilə bağlı fərziyyələrə cavab verib.

Bundan əvvəl müxtəlif mənbələr, o cümlədən Britaniyanın “Guardian” qəzeti Nazarbayevin ya Çinə köçdüyünü, ya da Qazaxıstanın paytaxtı Nur-Sultanda qaldığını və Tokayevlə qızğın danışıqlar apardığını yazmışdı.

“Prezident Qasım-Comart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”, - deyə respublikanın birinci prezidenti buna cavab verib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »