Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Etiraz etdik və həmin nişanlar yığışdırıldı, bəzi yerlərdə hələ də var"
"Etiraz etdik və həmin nişanlar yığışdırıldı, bəzi yerlərdə hələ də var"

Son günlər piyada ölümləri ilə nəticələnən avtomobil qəzalarının sayı artıb. Demək olar ki, hər gün 2-3 piyada belə qəzaların qurbanına çevrilir. Buna səbəb nədir, havaların yağıntılı olmasıdırmı, yoxsa sürücü təcrübəsizliyidirmi?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Bizimyol.info saytına açıqlamasında bildirib ki, bu gün Azərbaycan yollarında infrastrukturun hələ də tam qurula bilmədiyini etiraf etmək lazımdır. Yollar çəkilir, işıqlandırılmır, yol nişanları qoyulmur, yollar xətlənmir, piyada keçidləri eniş-yoxuşlu yerlərdə və qəfil döngələrdə qoyulur. Bu zaman qəzalar qaçınılmaz olur.

Eldəniz Cəfər Eldəniz Cəfər

“Bakı şəhərində şəxsən özüm monitorinq aparmışam. Piyada keçidləri qəfil döngələrdə, enişdə-yoxuşda və yaxud elə yerlərdə qoyulur ki, sürücü ilə piyada arasında hərhansı bir vizual kontak yaranmır. Nə sürücü piyadanı, nə də piyada sürücünü görmür.

Qəbul edilmiş qaydalara görə, əgər qadağanedici, məhdudlaşdırıcı nişan yoxdursa, avtomobillərin şəhər içində sürəti saatda 60 km -dir. Belə olan halda, saatda 50-60 km gələn avtomobil qəfil qarşısına çıxan piyada ilə toqquşması qaçılmazdır”,- deyən eksper vurğulayıb ki, son illər piyada keçidlərində sarı işıqlar quraşdırılır. Piyada keçidləri yaxınlığında işıqlandırmalar quraşdırılır. Amma bu yenə də azdır. Çünki, Bakı şəhəri Səbail rayonundan və Bakı bulvarından ibarət deyil. Bakı şəhərində yol infrastrukturu ən ucqar yerdən başlamalıdır. Əks təqdirdə, piyadaların ölümü ilə nəticələnən qəzalar baş verir və bu qəzaların davam edəcəyi açıq-aşkar görünür.

“Bir neçə il əvvəl Bakı şəhərində günəş enerjisi ilə işləyən yol nişanları quraşdırılmışdı. Beynəlxalq standartalara görə, hər yol nişanının öz forması var. Bu formlara görə, yol nişanının üzərini çirk və yaxud qar örtsə belə hər kəs təxmin edir ki, orada hansı yol nişanı qoyulub. Amma bir müddət əvvəl Bakı şəhərində “yol ver”, “piyada keçidi”, “stop” nişanları kvadrat şəklində qoyulmuşdu. Bu da sürücüləri çaşdırırdı. Sonradan biz etiraz etdik və həmin nişanlar yığışdırıldı. İndi bəzi yerlərdə hələ də var” - deyən ekspert bildirib ki, Azərbaycanda bütün yollar, piyada səkiləri yenidən inspeksiya edilməlidir. Bu məsələdə ictimaiyyət, cəmiyyət fəal iştirak etməlidir. Ölkənin bütün yolları qeydə alınmalı və çatışmazlıq aradan qaldırılmaldır.

E.Cəfər qeyd edi rki, yolardakı çuxurlar, yolların qaranlıq olması, yol ayrıcında xəbərdaredici nişanların olmaması, qəzalara səbəb ola bilir.

“Təəssüf ki, bu gün ölkədə yol nişanları arasında qadağanedici nişanlar çoxdur. Məlumat verən, xəbərdar edən nişanların isə, sayı olduqca azdır.Əslində isə, əksinə olmalıdır. Görünür ki, qadağan edici nişanlar bir başa cərimə yazmağa imkan yaratdığı üçün çoxluq təşkil edir. Mən belə düşünürəm”-  deyə E.Cəfər bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »