Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Telekanalda yayımlanan kadrlar insanlar arasında cinayəti təbliğ edir
Telekanalda yayımlanan kadrlar insanlar arasında cinayəti təbliğ edir

Keçən il Bakıda 32 yaşlı gəlini Banu Məhərrəmovanı xüsusi amansızlıqla qətlə yetirib zibil yeşiklərinə atan İdris Məhərrəmovun ilkin istintaqa verdiyi ifadəsi yayımlanıb. İstintaq gedişində hadisə yerində ifadənin yoxlanılması zamanı çəkilən videogörüntülər yerli telekanalların birində yayımlanıb. Eyni zamanda hadisənin dəhşətli təfərrüatları da yer alıb. Cinayətkar cinayəti necə işlədiyini detallarına qədər maniken üzərində göstərib. Qadını neçə dəfə bıçaqladığını, üzünün dərsini necə qopardığını, qulağını necə kəsdiyini...

Yazmaq belə dəhşətlidir, bu vəziyyəti. Bir də onu əyani şəkildə göstərmək, həm də ölkənin hər bir fərdinin baxdığı ekranda. Bu da azmış kimi bu proqramı götürüb saytlarda yayımlamaq. Heç kimin reytinq siyasəti ilə işimiz yoxdur.

Amma etiraf etməliyik ki, bu tip görüntülərin KİV-də yayımlanması, telekanallarda nümayiş etdirilməsi insanların psixikasına təsir edir.

Ötən il qadın cinayətlərinin sayına nəzərə salan zaman cinayətlərin necə amansızcasına həyata keçirildiyini görmək olar. Pandemiya, bahalaşma, işsizlik və s. fonunda insanların psixikası yetərli qədər travma alıb. Bir müddət öncə Xətai rayonunda Nahidə Həsənovanın həyat yoldaşı tərəfindən baltalanaraq öldürülməsi hadisəsi də bu qəbildəndir.

O hadisə də, bu gün telekanalda yayımlanan bu proqram insanlar arasında cinayəti təbliğ edir, öyrədir. Bu gün bu proqramlara yüzlərlə insan baxır. Onlar arasında uşaqlar, psixi travmalı şəxslər, ailəsində problemi olan insanlar var. Bu gün ağlı başında olan bir insan belə bu dəhşətli hadisədən təsirlənə bilirsə, psixi çatışmazlığı olan və yaxud həyat yoldaşını qısqanan və yaxud xəyanətlə üzləşən insanların bu addımı atmayacağına kim zəmanət verə bilər? Kimə lazımdır axı bu proqramlar, bu xəbərlər? Nəyi təbliğ etməyə çalışırsınız? Bu proqramlara sizin də, yaxınlarınız və ya uşaqlarınız baxa bilər. Təqlid etmə, təkrarlama kimi hallar sizin də ailələrinizdə baş verə bilər.

Cinayətkarın maneken üzərində əməllərini göstərməsi böyük kadrla göstərilir, sanki “diqqətlə baxın, belə vurun, belə parçalayın” demək istəyir. Ümumiyyətlə, cinayət hadisələrinin təfərrüatı ilə mətbuatda və yaxud telekanallarda yer alması düzgün deyil. Bu insanlara cinayətkarlığı aşılayır, öyrədir.

Sadəcə çox maraqlıdır ki;

  • Milli TeleRadio Şurası nəyə baxır, bu qurumun işi nədir?
  • Niyə monitorinq keçirmir və yaxud niyə məhz bu proqramla bağlı reaksiya vermir?
  • Bəlkə, siz də baş verənlərdən zövq alanlardansınız?
  • Niyə qarşısını almırsınız, niyə reytinq xatirinə gənclərimizin, uşaqlarımızın psixikasının pozulmasında rol oynayan belə proqramların yayımlanmasına göz yumursunuz?

Suallarımz çoxdur, bilirik ki, cavabsız qalacaq. Ölkədə hansı qurum düz işləyir ki, siz də işləyəsiniz. Yenə vətəndaşlara sözümü çatır, baxmayın belə proqramlara, oxumayın belə xəbərləri. Öz ruhi sağlamlığınız, uşaqlarınızın sağlamlığı üçün imtian edin belə proqramları yayımlayan telekanallardan, saytlardan.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »