İran prezidenti Ayətullah Seyid İbrahim Rəisi sabah Moskvaya səfər edəcək.
Bizimyol.info "IRNA"ya istinadən xəbər verir ki, yanvarın 19-da Rəisi Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
İran prezidentinin rusiyalı həmkarının rəsmi dəvəti ilə planlaşdırılan səfəri iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçiriləcək.
Seyid İbrahim Rəisi Moskvaya iki günlük səfər zamanı dumanın plenar iclasında iştirak və çıxış etmək edəcək, həmçinin Rusiyada yaşayan iranlılarla görüşəcək.
Ayətullah Rəisi Rusiyaya səfərində xarici işlər, neft və iqtisadi işlər və maliyyə nazirləri müşayiət edəcək.
Bizimyol.info