Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna XİN Rusiya diplomatlarının təxliyəsi xəbərinə aydınlıq gətirib
Ukrayna XİN Rusiya diplomatlarının təxliyəsi xəbərinə aydınlıq gətirib

Ukrayna Xarici İşlər Nazirliyi bildirir ki, Rusiya Federasiyasından Rusiya Federasiyasının səfirlik və konsulluqlarının əməkdaşlarının Ukrayna ərazisindən təxliyəsi barədə məlumat almayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "UNİAN"a Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko məlumat verib.

"Xarici İşlər Nazirliyi Rusiya tərəfdən Rusiya Federasiyasının diplomatik qurumlarının əməkdaşlarının Ukraynadan təxliyəsi ilə bağlı məlumat almayıb. Digər dövlətlərin Ukraynadakı səfirlikləri də öz əməkdaşlarını təxliyə etmək niyyətləri barədə məlumat verməyiblər", - deyə Nikolenko bildirib.

O deyib ki, öz növbəsində, Ukrayna Xarici İşlər Nazirliyi hələ ki, ukraynalı diplomatların Rusiya Federasiyasından təxliyəsini planlaşdırmır: "Ukraynanın Rusiyada olan diplomatik korpusu - Moskvadakı səfirliyi, Sankt-Peterburq və Rostov-na-Donda baş konsulluqları, Yekaterinburq və Novosibirskdəki konsulluqları normal fəaliyyət göstərir".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »