Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin məşhur müğənnisinin mahnısı kütləvi narazılığa səbəb oldu
Türkiyənin məşhur müğənnisinin mahnısı kütləvi narazılığa səbəb oldu

Türkiyənin təkcə vətəndə yox, xeyli başqa ölkələrdə məşhurlaşmış müğənnisi Sezen Aksu yeni qalmaqalın mərkəzində dayanır. Onun yeni mahnısının sözləri inanclıları qəzəbləndirib. Sezen Aksunun birbaşa evinin qarşısında etiraz aksiyası keçirilib.

Bizimyol.info xəbər verir ki, müğənninin “Şahanə bir şey yaşamaq” mahnısında “salam söyləyin o cahil Adəm ilə Həvvaya” sözləri var. İnanclı kəsim bunu heç cür qəbul etmək istəmir. Sezen Aksunun ünvanına ağır ifadələr işlədilir. Onu “kafir”, “ağılsız” adlandırırlar. Daha çox sosial mediada məsələ böyük müzakirə olunur.

Sezen Aksu Sezen Aksu

Yanvarın 17-də axşam saatlarında müğənninin İstanbulun Beykoz rayonundakı evinin qarşısında etiraz aksiyası baş tutub. Kanlıca meydanında toplaşanlar səsucaldıcı ilə Sezen Aksunun mahnılarından birinə eyham vuraraq ona “Minik Cahil” deyə müraciət ediblər. Polis aksiyaya müdaxilə etməli olub.

Aksiyanın təşkilatçılarından olan Murat Şahin “Şahanə bir şey yaşamaq” mahnısında ilk peyğəmbər Adəmin təhqir olunduğunu bildirib: “Ona həddini bildirməyə gəldik. İnsanlığın atası olan Adəm əleyhissəlam və Həvva anamızın ünvanına elə sözlər deyilə bilməz. Biz Sezen Aksunu təhdid etmirik. Biz bura millətin və ümmətin haqlı səsini çatdırmağa gəlmişik”.

Siyasətçilər də Sezen Aksunu qınamağa başlayıb. Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli sərt sözlər işlədib. O, müğənninin həddini aşmalı olmadığını bildirib: “Yazdığı mahnının sözlərində Adəm və Həvvaya cahil deyən məsuliyyətsiz müğənninin özünün səfalət halında, cəhalət bataqlığında olduğu aşkardır. O sənətçiyə deyirəm ki, sərçəsən, sərçəliyini bil, qətiyyən quzğunluğa həvəs göstərmə”.

Dövlət Bahçeli Devlet Bahçeli

İşin ziddiyyətli tərəfi odur ki, Sezen Aksu “Şahanə bir şey yaşamaq” mahnısını 2017-ci ildə bəstələyib. İnanclılar yalnız 5 il sonra musiqi nümunəsinin sözlərinə fikir veriblər. Sezen Aksuya qarşı birdən-birə böyük etirazlar başlayıb. Bir neçə gündür sosial şəbəkələrin Türkiyə seqmentində bəstəkar-müğənninin mahnısından danışılır. Sezen Aksu özünü təmkinli aparır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »