Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıdan Şuşaya və Ağdama avtobus biletlərinin qiyməti açıqlanıb
Bakıdan Şuşaya və Ağdama avtobus biletlərinin qiyməti açıqlanıb

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunacaq müntəzəm marşrut avtobuslarına biletlərin qiymətləri açıqlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə bu barədə nazir müavini Rəhman Hümmətov məlumat verib.

Onun sözlərinə görə, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.

Bakı-Şuşa-Bakı biletinin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı avtobuslarının qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) 7 manat, Bərdə-Ağdam-Bərdə (express) 5 manat, Füzuli BHL - Şuşa (express) biletinin qiyməti isə 6 manat təşkil edəcək.

Bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala bilərlər.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »