Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Kuril adalarını Rusiya ilə manasibətlərin əsas mövzusu hesab edir
Yaponiya Kuril adalarını Rusiya ilə manasibətlərin əsas mövzusu hesab edir

Yaponiya hesab edir ki, onun suverenliyi Kuril adalarının cənub hissəsinə qədər uzanır.

Bizimyol.info xəbər verir ki, bu mövqeyi Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

"Bizim suverenliyimiz dörd şimal adasına aiddir. Biz əsas mövqeyimizə, yəni ərazi məsələsi həll edildikdən sonra sülh müqaviləsi imzalamaq istəyinə əsaslanaraq, israrlı danışıqları davam etdirmək niyyətindəyik”, - deyə o bildirib.

Hayaşi rusiyalı həmkarının yanvarın 14-də Moskvada keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəyanatı şərh edib.

Daha sonra Sergey Lavrov qeyd edib ki, Tokio hələ də Kuril adaları kontekstində İkinci Dünya Müharibəsinin nəticələrini tanımır, Rusiya rəsmiləri və hərbçilərinin Cənubi Kuril adalarına səfərləri səbəbindən davamlı demarşlar edir.

Qeyd edək ki, Moskva və Tokio ötən əsrin ortalarından İkinci Dünya Müharibəsinin nəticələrindən sonra sülh müqaviləsi hazırlamaq üçün məsləhətləşmələr aparırlar. Bunun üçün əsas maneə Kuril adalarının cənub hissəsinə hüquqlarla bağlı fikir ayrılığı olaraq qalır. Müharibə bitdikdən sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və ona bitişik kiçik, yaşayış olmayan adalar qrupunun onların ərazisi olduğunu iddia edir. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi müvafiq beynəlxalq hüquqi formaya malik olan bu ərazilər üzərində Rusiyanın suverenliyinin şübhəsiz olduğunu dəfələrlə vurğulayıb.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »