Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) təsdiqləyib ki, KXDR Müdafiə Elmləri Akademiyası bazar ertəsi taktiki idarə olunan raketlərin sınağı keçirib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
KCNA raketlərin ölkənin şərq sahillərindəki ada hədəfini vurduğunu bildirib. Beləliklə, Müdafiə Elmləri Akademiyası istehsal edilən silah sisteminin dəqiqliyini, təhlükəsizliyini və səmərəliliyini təsdiqləyib.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (CNS) daha əvvəl bildiriblər ki, Şimali Koreya bazar ertəsi Yapon dənizinə iki qısa mənzilli ballistik raket atıb. CNS-in məlumatına görə, buraxılış Pxenyan yaxınlığındakı Sunan Beynəlxalq Hava Limanı ərazisindən həyata keçirilib.
Bu, ilin əvvəlindən bəri KXDR tərəfindən həyata keçirilən dördüncü buraxılışdır.
Bizimyol.info