Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell: Aİ Rusiyaya qarşı sanksiyalar planlaşdırmır
Borrell: Aİ Rusiyaya qarşı sanksiyalar planlaşdırmır

"Avropa İttifaqı Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyi planlaşdırmır, lakin onun Ukraynaya hipotetik hücumu halında tədbir görəcək".

Bizimyol.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

Borrell komissiya üzvlərinin suallarını cavablandırarkən deyib: “Heç kim Rusiyaya qarşı qabaqlayıcı sanksiyalardan danışmayıb. Heç bir önləyici sanksiyalar ola bilməz və bizim belə bir planımız yoxdur. Nə isə baş verərsə, nə etməli olduğumuzu müzakirə edirik ki, həftələrlə öz aramızda müzakirələrə sərf etməyək. Hərəkətə ehtiyac olarsa, biz hərəkətə keçməli olacağıq. Ukraynaya qarşı təcavüz olarsa, Aİ tədbir görməyə hazır olacaq", - deyə Borrell qeyd edib.

Avropa diplomatiyası rəhbərinin sözlərinə görə, Aİ eyni zamanda Ukraynanı xarici təzyiqlərə daha yaxşı müqavimət göstərə bilməsi üçün islahatlar aparmağa sövq edir. "Biz Ukraynadakı dostlarımıza deyirik ki, bizim dəstəyimiz islahatlara gətirib çıxarmalıdır. Biz Ukraynaya siyasi, iqtisadi və hüquqi sistemlərini islahat etməsinə kömək etmək üçün yardım edirik", - Borrell bildirib.

Bizimyol.info

Paylaş »
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
››› İsa Məlikov: “Avroviziya”da israrla bizdən 12 balı Britaniyaya vermək tələb olundu”
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »