Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİM yeni qruplar üçün hazırlıq kurslarına başlayır
DİM yeni qruplar üçün hazırlıq kurslarına başlayır

Dövlət İmtahan Mərkəzində (DİM) kimya, fizika, biologiya, coğrafiya, tarix, ingilis dili və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) təşkil olunacaq.

Bizimyol.info xəbər verir ki, DİM-dən verilən məlumata görə, qeydiyyat yanvarın 18-dən fevralın 18-i saat 23:59-dək aparılır. Hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və magistrantları iştirak edə bilərlər.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatı DİM-in elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Bu iştirakçılar müqavilə əsasında ekspert və ya marker kimi DİM-lə əməkdaşlığa cəlb olunaсaqlar.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »