Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayev haradadır: Nur-Sultanda, Dubayda, yoxsa məzarda?
Nazarbayev haradadır: Nur-Sultanda, Dubayda, yoxsa məzarda?

Qazaxıstanda bütün dünyanın diqqət mərkəzində olan hadisələr baş verir. Amma Təhlükəsizlik Şurasının sədri olmuş Nursultan Nazarbayev ortalıqda görünmür. Ortaya haqlı sual çıxır: bəs Qazaxıstanın ilk prezidenti haradadır?

Bizimyol.info xəbər verir ki, əvvəlcə Nazarbayevin Çinin kurort şəhərlərindən birində olduğu bildirilirdi. İndi isə daha çox üç variant səslənir. Birinci variant odur ki, Nazarbayev Nur-Sultandadır.

Böyük Britaniya mətbuatı buna əmindir. Yazırlar ki, Nazarbayev Qazaxıstan paytaxtındadır, ölkəni son hadisələrdə heç tərk etməyib. Onun prezident Kasım-Jomart Tokayevlə aktivlərin, yeraltı sərvətlərin, gəlirlərin bölüşdürülməsi ilə bağlı qızğın müzakirə apardığı bildirilir.

Britaniyalı jurnalistlər hesab edir ki, bütün həngamə məhz Nazarbayevi hakimiyyətdən uzaqlaşdırmaq üçün olub. Tokayev repressiyalardan əsas silah kimi istifadə edib. Əvvəlcə Nazarbayev Təhlükəsizlik Şurasının sədri postundan uzaqlaşdırılıb. Ardınca onun yaxınlarını vəzifədən kənarlaşdırmağa başlayıblar. Ailəsinin Qazaxıstanı tərk etdiyi dəqiqdir.

İkinci variant odur ki, Nazarbayev Dubaydadır. Onun Birləşmiş Ərəb Əmirliklərinin ticarət mərkəzinə getməsi xəbərini Rusiya mətbuatı həvəslə paylaşır. Guya ölkənin keçmiş rəhbəri əvvəlcə Şamalqan kəndinə qardaşı Bolatı görməyə gedib. Bundan sonra Nazarbayevin Qırğızıstana keçərək oradan Dubaya yollandığı iddia edilir.

İş orasındadır ki, bu xəbər qısa müddətdə təkzib olunub. Qazaxıstanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi məlumatın doğru olmadığını bəyan edib. Amma Dubay variantı da havadan gəlməyib. Keçmiş prezidentin qızı Aliyə Nazarbayevanın məhz bu şəhərdə olmasına şübhə yoxdur. O, harada yerləşməsi üzə çıxandan sonra bütün sosial media hesablarını bağlayıb.

Üçüncü variant isə Nazarbayevin həyatını itirməsidir. İddiaya görə, siyasətçi hələ keçən il dekabrın 28-də Sankt-Peterburqda vəfat edib. Tokayev vəziyyətdən istifadə etmək qərarına gəlib.

Kasım-Jomart Tokayev Kasım-Jomart Tokayev

Nazarbayevin harada yerləşməsindən asılı olmayaraq, ən ağlabatan versiya hər şeyin prezidentin iradəsi daxilində baş verməsidir. Yəni xalq etirazı və ya Rusiya işğalından daha çox Tokayevin hakimiyyəti tam ələ keçirmək planı inandırıcı görünür.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »