Azərbaycanda yeni dələduzluq növü ortaya çıxıb. Belə ki, "kiber dələduzlar bankların rəsmi səhifəsinə bənzər səhifə açaraq, kart istifadəçilərinin məlumatlarını istəyib, balanslarındakı pulları oğurlamağa cəhd edirlər.
İnsanlar bu cür fırıldaqların qurbanına çevrilməmək üçün nələrə diqqət etməlidirlər?
İT mütəxəssisi Səkinə İlqarqızı Bizimyol.info-nun sullarını cavablandıran zaman bildirib ki, heç bir bank işçisinin hüququ yoxdur ki, müştəriyə zəng etsin və ya mesaj yazsın.

“Azərbaycan Respublikasında İnformasi Təhlükəsizliyi haqqında qanun var. Bu qanunda deyilir ki, vətəndaşların bütün şəxsi məlumatlarının hər hansı üçüncü bir tərəfə ötürülməsi qadağandır. Lakin indi elə bir dövrdə yaşayırıq ki, cinayət məcəlləsinin 178-ci maddəsi olan dələduzluq, demək olar ki, kiber təhlükəsizliklə eyni səviyyədə tutulur. Bəzi adamlar var ki, kiber cinayətkarlığı dələduzluq kimi qələmə verirlər. Niyə? Çünki bəzən elə olur ki, kimsə deyir, mən filan səhifəni qırıram, filan artımı edirəm və s. Bundan istifadə edərək, dələduzluq edir. Cinayət məcəlləsinin maddələri artıq bir-birinə bağlı olub, həmin təqsirləndirilən şəxs iki maddə ilə təqsirləndirilir.
Qanuna əsasən deyə bilərəm ki, ümumiyyətlə, heç bir bank işçisinin ixtiyarı yoxdur ki, müştəriyə, kart, hesab sahibinə zəng edib, şəxsi məlumatlarını istəsin. Çünki bu, qanun pozuntusu hesab olunur. Hətta həmin şəxslərə buna görə töhmət, cəza verilə bilər. Ona görə də vətəndaşlara tövsiyəm odur ki, heç bir halda bu cür zənglərə, mesajlara aldanmasınlar və bu cür hallarla rastlaşan zaman kartlarını dərhal bloklasınlar”.
Leyla Mirzə, Bizimyol.info